• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Nazirlikdən “Microsoft”  Azərbaycanla bağlı AÇIQLAMA

CƏMİYYƏT

16 Noyabr 2022 | 09:27

Nazirlikdən “Microsoft” Azərbaycanla bağlı AÇIQLAMA

“Microsoft” şirkətinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini dayandırması ilə bağlı səsləndirilən fikirlərlə əlaqədar bildiririk ki, hər bir şirkət fəaliyyət strategiyasını və əhatə dairəsini özü müəyyən edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

"Bu qərarın səbəblərini aydınlaşdırmaq üçün həmin şirkətə müraciət etməyiniz tövsiyə olunur.

Eyni zamanda diqqətinizə çatdırırıq ki, “Microsoft” nümayəndəliyinin fəaliyyətini dayandırması şirkətlə Azərbaycan hökuməti arasında mövcud əməkdaşlığın dayandırıldığını ifadə etmir.

Hazırda şirkət tərəfdaşları vasitəsi ilə Azərbaycanın dövlət qurumları və özəl şirkətləri ilə əməkdaşlığını uğurla davam etdirir", - deyə məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026