• Bakı 12° C

    0.76 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Dörd rayonda qaz təchizatı ilə bağlı problem yaşanır

CƏMİYYƏT

15 Dekabr 2022 | 23:23 | Müəllif: Subhan Mahmudov

Dörd rayonda qaz təchizatı ilə bağlı problem yaşanır

Bu gün gecə saatlarında Gədəbəy və Qazax, sabah isə Balakən və Yardımlı rayonlarının dağ və dağətəyi kəndlərində hava şəraitinin kəskin soyuması ilə əlaqədar olaraq qaz təchizatında məcburi fasilələr yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a Azəriqaz İB-dən bildirilib.

Məlumatda deyilir ki, havaların kəskin soyuması qaz xətlərində texniki nasazlıqlara səbəb olub, nəticədə qaz sızmaları baş verib.

"Təhlükəli vəziyyətin dərhal aradan qaldırılması üçün ərazilərə "Azəriqaz" İB-nin Qəza-bərpa xidmətinin əməkdaşları ezam olunub. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, qəza şəraitinin aradan qaldırılması istiqamətində bütün mümkün tədbirlər görülməkdədir", - Azəriqaz İB əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026