• Bakı 20° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Tedesko: “Azərbaycan çox ciddi rəqibdir”

İDMAN

18 Noyabr 2023 | 15:25

Tedesko: “Azərbaycan çox ciddi rəqibdir”

“Azərbaycan çox ciddi rəqibdir”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu bağlı mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis heyətdə bəzi dəyişikliklər olacağını gizlətməyib: “Start “11-liy”i haqda heç nə deməyəcəyəm, amma bəzi dəyişikliklər olacaq. Onu deyə bilərəm ki, yenilik istəyirik. Yeri gəlmişkən, Azərbaycan İsveç kimi güclü komandanı 3:0 hesabı ilə məğlub etdi. Unutmayaq ki, Bakıda da çətin anlar yaşamışdıq”.

Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026