• Bakı 9° C

    12.07 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ronaldo klublarını sata bilər: Nə baş verir?

İDMAN

18 Dekabr 2023 | 00:30 | Müəllif: Subhan Mahmudov

Ronaldo klublarını sata bilər: Nə baş verir?

Braziliyanın "Kruzeyro" və İspaniyanın "Valyadolid" klublarının prezidenti Ronaldo Nazario gələcəkdə bu komandaları sata biləcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, əfsanəvi futbolçu bunun səbəbini açıqlamayıb:

""Kruzeyro"da əbədi qalacağıma zəmanət verə bilmərəm. Etdiyimiz işə və kluba böyük həvəsim var. Amma təbii ki, əbədi qalmaq fikrində deyiləm. Bir ölkədən digərinə keçmək çox yorucu idi, amma hazırda hər iki klubu idarə etmək mənə həzz verir. Bununla belə, gələcəyin necə olacağını sizə deyə bilmərəm".

Mövsümün sonunda "Kruzeyro" Braziliya A Seriyasında 14-cü yeri tutub. Valyadolid İspaniya Sequndasında keçirdiyi 19 matçdan sonra 35 xalla ikinci yerdədir və La Liqaya qayıtmaq üçün mübarizə aparır./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026