• Bakı 8° C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Toivo Klaarın mandatı uzadıldı

CƏMİYYƏT

20 Iyul 2023 | 16:15

Toivo Klaarın mandatı uzadıldı

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaarın mandatı uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bu gün Aİ Şurasının qəbul etdiyi qərarda deyilir.

Qərara əsasən, Klaarın mandatı daha bir il, 2024-cü il avqustun 31-ə qədər uzadılıb.

Toivo Klaar 2017-ci il noyabrın 13-də Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Aİ-nin Xüsusi Nümayəndəsi təyin edilib. Onun vəzifəsi regiondakı münaqişələrin sülh yolu ilə həllinə töhfə vermək, həmçinin Ermənistan, Azərbaycan və Gürcüstan və müvafiq olaraq bu qonşu ölkələr arasında regional əməkdaşlığı təşviq etməkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026