• Bakı 19° C

    2.65 m/s

Tokayev Azərbaycanla Ermənistan münasibətlərindən danışdı

SİYASƏT

10 Aprel 2023 | 18:47 | Müəllif: Subhan Mahmudov

Tokayev Azərbaycanla Ermənistan münasibətlərindən danışdı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi brifinqdə bildirib.

“Onu da qeyd etmək istərdim ki, Qazaxıstan ənənəvi olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin diplomatik yolla tənzimlənməsini dəstəkləyir, həmçinin tərəflərin tezliklə sülh müqaviləsi bağlamaq səylərini alqışlayır. Bütövlükdə, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün qarşılıqlı dəstəyin davam etdirilməsi və birgə tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı qarşılıqlı anlaşma var”, - deyə o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026