• Bakı 25° C

    10.97 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

“Tottenhem”dən 18 milyonluq transfer

İDMAN

17 Avqust 2022 | 11:22

“Tottenhem”dən 18 milyonluq transfer

“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.

Bakıvaxtı.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliyanın “Udineze” klubundan Destini Udocini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Müdafiəçini 2022/23 mövsümünün sonunadək “Unideze”də icarə əsasında oynayacaq. 

London klubu bu transfer üçün İtaliya klubuna 18 milyon avro ödəyiblər.

Qeyd edək ki, Destini Udoci “Verona”nın yetirməsidir. O, ötən mövsüm "Udineze"nin heyətində A seriyasında 37 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə edib. Udoci İtaliyanın U-21 yığmasının da üzvüdür. 


SON XƏBƏRLƏR

02 Iyul 2025