• Bakı 21° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Tramp: Mən yalnız bir şey istəyirəm — İranın nüvə silahı ola bilməz

DÜNYA

18 Iyun 2025 | 21:20

Tramp: Mən yalnız bir şey istəyirəm — İranın nüvə silahı ola bilməz

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Yaxın Şərqdə yeni uzunmüddətli və qısamüddətli silahlı münaqişəyə cəlb olunmasını istəmir.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə İsrailin İrana qarşı hərbi əməliyyatını şərh edərkən jurnalistlərə deyib.

"Mən yalnız bir şey istəyirəm: İranın nüvə silahı ola bilməz. 20 ildir bunu deyirəm. Bu qədər", - Tramp Vaşinqtonun Yaxın Şərqdə yeni uzunmüddətli münaqişəyə cəlb olunması perspektivlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, İran nüvə silahı yaratsaydı, ondan amerikalılara və digər insanlara qarşı istifadə edərdi və bütün dünya dəhşət içində olardı.

Tramp, eyni zamanda etiraf edib ki, bəzi insanlar ABŞ-nin İrana qarşı əməliyyatın keçirilməsində İsrailə göstərdiyi yardımdan narazıdır.


SON XƏBƏRLƏR

18 Iyun 2025