ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşəcəklərini bəyan edib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Belə ki, ABŞ prezidenti Tramp Oval Ofisdə bir çox prezident fərmanlarını imzaladığı imza mərasimində mətbuat mənsublarına qısa açıqlamalar verib.
Yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə görüşəcəklərini qeyd edən Tramp görüşün nə vaxt keçiriləcəyini bilmədiyini bildirib.
Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq arzusunu ifadə edib və bu məsələ ilə bağlı razılaşmanın zəruriliyini vurğulayıb.
Əli Hüseynov