• Bakı 20° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Trampdan Türkiyəyə F-35-lərlə bağlı müsbət mesaj

DÜNYA

22 Mart 2025 | 22:04

Trampdan Türkiyəyə F-35-lərlə bağlı müsbət mesaj

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışdıqdan sonra Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi və qırıcı təyyarə satışını bərpa etməyi düşünür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Foks Nyus" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp Türkiyəyə F-16 qırıcılarının satışının tamamlanmasına kömək etmək niyyətini ifadə edib:

"Hər iki tərəf Rusiyanın S-400 sisteminin yararsız olması barədə razılığa gələ bilsə, Tramp Türkiyəyə əsl hədəfi olan F-35 qırıcılarını satmaq fikrinə açıqdır. Trampın komandası Türkiyəni "Amerikanın düşmənlərinə sanksiyalar yoluyla mübarizə Akt"ını pozan ölkə kimi hədəfləməkdən necə qaçacağı ilə bağlı hüquqi və texniki təhlil tələb edib"./axar.az


SON XƏBƏRLƏR

23 Aprel 2025