• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Mayın 9-da Moskvaya gedəcək liderləri cəsur adlandırdı

DÜNYA

21 Aprel 2025 | 19:17 | Müəllif: Subhan Mahmudov

Mayın 9-da Moskvaya gedəcək liderləri cəsur adlandırdı

Rusiya prezidenti Vladimir Putin bildirib ki, mayın 9-da Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Rusiyaya gəlməyi planlaşdıran xarici siyasətçilər onları təhdid edənlərdən qat-qat cəsarətlidirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

“Düşünürəm ki, Rusiyaya gəlmək istəyənlər kiminsə arxasınca gizlənərək kimisə hədələməyə çalışanlardan qat-qat cəsarətlidirlər. İlk növbədə, bu halda nasizmlə mübarizədə canlarını fəda etmiş insanların tarixi xidmətlərini qeyd etməyə hazırlaşanları təhdid etmək?”, - deyə Putin təəccübləndiyini bildirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026