• Bakı 30° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

Trampın böyük şərti: Rusiyaya təzyiq edəcək, amma...

DÜNYA

17 Iyun 2026 | 11:35

Trampın böyük şərti: Rusiyaya təzyiq edəcək, amma...

G7 liderləri danışıqların ilk gününü Vaşinqtonla əməkdaşlığa dair gözlənilməz nikbinliklə başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politiko” mənbəyə istinadla məlumat yayıb.

“ABŞ Prezidenti Donald Tramp Rusiyaya təzyiqin artırılmasına işarə edib, lakin müəyyən şərtlərlə. Şərtə görə, o, Hörmüz boğazında təhlükəsizliklə bağlı Avropanın köməyi müqabilində Ukraynaya dəstək verəcək. Müttəfiqlər Ağ Evlə münasibətlərini müsbət qiymətləndirib və gələn ay Türkiyədə keçiriləcək NATO sammitinin potensial pozulması ilə bağlı narahatlıqları bir qədər azaldıblar”, - mənbə bildirib.

Qeyd olunub ki, bu dəyişiklik Trampın Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiya Prezidenti Vladimir Putinə təzyiqi artırmaq istəyi, eləcə də İranla atəşkəs sazişinin sabitləşdirilməsində müttəfiqlərin dəstəyinə olan marağı ilə əlaqədardır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyun 2026