• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Turizm şirkətləri hotellərin qaydalarına əməl etmir - Assosiasiya

CƏMİYYƏT

29 Noyabr 2023 | 17:45

Turizm şirkətləri hotellərin qaydalarına əməl etmir - Assosiasiya

Azərbaycanda fəaliyyət göstərən bir sıra turizm şirkətləri hotellərin şərt və qaydalarına əməl etmir.

Bakıvaxtı.az Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinə istinadən xəbər verir ki, bunu qurumun sədri Göydəniz Qəhrəmanov Assosiasiyanın Gəlmə Turizm Komissiyasının növbəti toplantısında bildirib.

Onun sözlərinə görə, bu məsələnin həlli üçün yaxın günlərdə həmin şirkətlərlə görüş keçiriləcək.

İclasda həmçinin qış mövsümünə hazırlıq, xarici tərəfdaşlarla iş birliyinin genişləndirilməsi, mövsümi turpaketlərin hazırlanması, üzv şirkətlər arasında koorporativ etiketin və sağlam rəqabətin qorunması, hotellər, eləcə də digər sənaye nümayəndələri arasında əməkdaşlıq əlqələrinin cari vəziyyəti, bu istiqamətdə mövcud çətinliklər və onların həlli yolları müzakirə olunub, 2023-cü ilin son 3 ayı ərzində üzv şirkətlərin xarici sərgilərdə iştirakı, əldə olunan nəticələr, yeni istiqamətlər üzrə planlar ətrafında fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024