• Bakı 13° C

    10.05 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Türkiyə PKK/YPG-yə qarşı diplomatik kampaniyaya başlayacaq

DÜNYA

03 May 2025 | 10:50

Türkiyə PKK/YPG-yə qarşı diplomatik kampaniyaya başlayacaq

Ankara ABŞ-nin Suriyadan çıxması fonunda yayda kürd yaraqlılarına qarşı diplomatik kampaniyaya başlamağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

"Ankara ABŞ-nin Suriyadan çıxması ilə əlaqədar yayda PKK/YPG-yə qarşı hərtərəfli diplomatik kampaniyaya başlayacaq. Bu proses üzərində iş həm ikitərəfli əlaqələr çərçivəsində, həm də çoxtərəfli platformalarda aparılır", - nəşr yazıb.

Diplomatik mənbələr qeyd ediblər ki, ABŞ Suriyadakı mövcudluğuna və PKK/YPG terror təşkilatına münasibətdə yeni mövqeyini müəyyənləşdirmə prosesindədir, Türkiyə isə bu prosesi istiqamətləndirmək üçün lazımi addımlar atır. Ankaranın prioriteti ABŞ-nin mövqeyinin Türkiyənin təhlükəsizliklə bağlı gözləntiləri ilə uzlaşdırılmasıdır.


SON XƏBƏRLƏR