• Bakı 21° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0189

Türkiyə rekord sayda turist qəbul edəcək

DÜNYA

21 Aprel 2024 | 16:31

Türkiyə rekord sayda turist qəbul edəcək

"Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir".

Bakıvaxtı.az bildirir ki, bunu Türkiyənin Türkmənistandakı səfiri Əhməd Dəmirok deyib.

"Dünya Turizm Təşkilatının məlumatına görə, Türkiyə 2022-ci ildə 50 milyondan çox turisti qəbul edərək, dünyada dördüncü sırada yer alıb. 2023-cü ildə 56,7 milyon turisti qəbul edən ölkə 54,3 milyard dollar gəlir əldə edərək, rekorda imza atıb. Bu il yeni rekordlar vurmağı planlaşdırırıq: 60 milyon turist və 60 milyard dollar gəlir", - deyə Ə.Dəmirok Aşqabadda Türkiyənin turizm sənayesinin potensialına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bu gün Türkiyənin hər bölgəsində dörd mövsüm ərzində müxtəlif turizm tədbirləri təşkil edilə bilər və ölkənin inkişaf etmiş infrastrukturu ona çoxlu sayda ziyarətçi qəbul etməyə imkan verir.


SON XƏBƏRLƏR

25 May 2024