• Bakı 12° C

    0.67 m/s

Türkiyə və İsrail münasibətlərinin bərpasında İlham Əliyevin rolu danılmazdır

SİYASƏT

22 Avqust 2022 | 17:05

Türkiyə və İsrail münasibətlərinin bərpasında İlham Əliyevin rolu danılmazdır

Xəbər verdiyimiz kimi, Türkiyə ilə İsrail uzun sürən danışıqlardan sonra qarşılıqlı olaraq hər iki ölkədə səfirliklərin açılması barədə yekun razılığa gəliblər. Artıq tərəflər səfir təyinatı ilə bağlı qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, siyasi ekspertlərə görə, Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasında Azərbaycanın rolu əvəzsizdir. Azərbaycana qarsaş ölkəylə strateji müttəfi arasında diplomatik əlaqələrin bərpası və normallaşması nə verəcək?

Politoloq Cümşüd Nuriyev Bakıvaxtı.az-a bildirib ki, münasibətlərin tənzimlənməsi regiona sülh gətirəcək:

“Bilirsiniz ki, hal-hazırda Yaxın və Orta Şərqdə əsas siyasəti müəyyən edən dövlət Türkiyə və İsraildir. Bu iki dövlət arasında gərginlik yaranmışdı. Ancaq İsrailin Türkiyəyə böyük hörməti var. Çünki İkinci Dünya müharibəsi zamanı Türkiyə yəhudilərə qucaq açmışdı və bunu bu günə qədər də onlar unutmurlar. Lakin Türkiyə və İsrailin münasibətlərinin pozulmasında rol oynayanlar oldu. Hal-hazırda isə Ərdoğanın yürütdüyü siyasətlə İsrailin xarici siyasətdə olan maraqları üst-üstə düşür”.

Ekspert qeyd edib ki, bu iki dövlət arasında münasibətlərin normallaşmasında şübhəsiz İlham Əliyevin rolu olub:

“Bunu həm Türkiyə mətbuatı, həm də İsrailin siyasi blogerləri qeyd etdi. Türkiyə-İsrail münasibətlərinin bərpasında İlham Əliyevin rolunu Rusiya mətbuatı da vurğuladı. Bu, İlham Əliyevin beynəlxalq oyunçu kimi ilk işi oldu. Münasibətlərin tənzimlənməsi Azərbaycan üçün də çox xoşdu. Ona görə ki, bizim həm İsraillə, həm də Türkiyə ilə münasibətlərimiz çox yüksək səviyyədədir. Biz Türkiyə ilə qardaş ölkəyik. İsrailin isə 44 günlük Vətən müharibəmizdə bizim yanımızda olması sevindirici hal idi. Biz yanımızda olan dövlətləri unuda bilmərik. Vətən savaşımızda Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan, İsrail, Ukrayna, İngiltərə bizim mövqemizi dəstəklədi. Azərbaycan da Türkiyə və İsrail arasında münasibətlərin bərpası üçün çox çalışdı. Nəhayət ki, hər iki dövlət səfirliklərin açılmasını təmin etdi".

Onun sözlərinə bu qərar Türkiyənin həm Liviya, həm də Suriya siyasətinə çox böyük bir təkan verəcək: "Çünki Yaxın və Orta Şərqdə İsrailin də rolu böyükdür. İsrail həm də ABŞ-da ən güclü lobbilərdən biridir. Fikir verirsinizsə, qələbəmizdən sonra Azərbaycanın uğurları haqq işi kimi qəbul olunur. Burda da İsrailin rolunu danmaq olmaz. Xülasə, Türkiyə-İsrail arasında münasibətlərin bərpası regiona sülh gətirəcək”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026