• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Əli Əhmədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

SİYASƏT

20 Sentyabr 2022 | 18:21 | Müəllif: Subhan Mahmudov

Əli Əhmədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Baş nazirin müavini, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Əli Əhmədov sentyabrın 20-də Belarusun ölkəmizdəki səfiri Andrey Ravkov ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüş zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

Həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026