• Bakı 14° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Türkiyə XİN-dən Azərbaycanla Ermənistan arasında əldə olunan razılığa MÜNASİBƏT

SİYASƏT

20 Aprel 2024 | 16:06

Türkiyə XİN-dən Azərbaycanla Ermənistan arasında əldə olunan razılığa MÜNASİBƏT

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinın (XİN) məlumatında bildirilib.

Qeyd olunub ki, rəsmi Ankara razılaşmanın nəticələrini, o cümlədən dörd kəndin Azərbaycana qaytarılmasını müsbət qiymətləndirir.

Həmçinin vurğulanıb ki, Türkiyə iki ölkə arasında müzakirələrin davam etdirilməsi ilə bağlı razılığı məmnunluqla qarşılayır.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.


SON XƏBƏRLƏR