• Bakı 14° C

    1.25 m/s

“Ukraynada atəşkəsə nail olmaq üçün səylərimizi davam etdiririk” - Çavuşoğlu

DÜNYA

15 Aprel 2022 | 21:59

“Ukraynada atəşkəsə nail olmaq üçün səylərimizi davam etdiririk” - Çavuşoğlu

Türkiyə bütün çətinliklərə baxmayaraq, Ukraynada atəşkəsə nail olmaq üçün səylərini davam etdirir.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, əgər danışıqlarda indiyə qədər hər hansı bir irəliləyiş olubsa, bu İstanbul görüşündə Türkiyənin verdiyi töhfələr sayəsində olub.

Döyüş meydanında çətinliklərin olduğunu qeyd edən nazir, müharibənin Türkiyəni fərqli bir səviyyəyə çıxardığını vurğulayıb:

“Bizim apardığımız siyasəti və oynadığımız rolu hamı gördü. Türkiyənin əhəmiyyətini anladılar. Ümid edirəm ki, bu müvəqqəti yanaşma deyil. Biz Avropaya və bütün dünyaya ciddi töhfə verən ölkəyik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026