• Bakı 29° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Universiadada medal qazanmış bədii gimnastlarımız vətənə döndü

İDMAN

21 Iyul 2025 | 11:04

Universiadada medal qazanmış bədii gimnastlarımız vətənə döndü

Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadasında 3 medal qazanmış Azərbaycanın bədii gimnastları vətənə dönüb.

Bu barədə Bakıvaxtı.az-a Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İdmançıları hava limanında federasiyanın nümayəndələri, gənc gimnastlar və ailə üzvləri qarşılayıblar.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan və Kamilla Əliyevadan ibarət qrup müxtəlif proqramlar üzrə 2 qızıl, 1 gümüş medal qazanıb.

Qeyd edək ki, bu, Universiadalar tarixində komanda yarışlarında gimnastlarımızın ilk uğurudur.


SON XƏBƏRLƏR