• Bakı C

    15.04 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Uolts rusiyalı həmkarı ilə telefon danışığı həyata keçirib

DÜNYA

19 Mart 2025 | 20:11

Uolts rusiyalı həmkarı ilə telefon danışığı həyata keçirib

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts rusiyalı həmkarı ilə telefon danışığı apardığını bildirib.

Bakıvaxtı.az  TASS-a istinadən xəbər verir ki, Uolts bu barədə Ağ Evdə jurnalistlərə Vaşinqtonun Moskva və Kiyevlə dialoqdakı səylərindən danışarkən bildirib.

O, həmçinin yaxın vaxtlarda Ukrayna rəsmiləri ilə telefon danışığı aparacağını vurğulayıb.

“Məqsədli diplomatiya mürəkkəbdir, çətindir, lakin biz bütün səviyyələrdə irəli-geri hərəkət edirik, hər iki tərəfdən atəşkəs əldə etməyə və bu müharibəyə son qoymağa çalışırıq”, - Uolts deyib.

Amerika liderinin müşaviri rusiyalı həmkarı ilə hazırkı söhbətində Qərbin Ukraynaya hərbi yardımı məsələsini müzakirə etmədiyini söyləyib. O, “Ukrayna ilə atəşkəs danışıqlarında Rusiyaya etibar etmək olarmı” sualını cavabsız qoyub.


SON XƏBƏRLƏR

19 Mart 2025