• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

ÜST: “Koronavirusa yoluxma və ölüm halları azalıb”

DÜNYA

25 Avqust 2022 | 15:27 | Müəllif: Subhan Mahmudov

ÜST: “Koronavirusa yoluxma və ölüm halları azalıb”

“Dünyada bir həftə ərzində COVID-19-a yoluxma halları 9 %, ölüm halları isə 15 % azalıb”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində deyilir.

ÜST-ün məlumatına əsasən, avqustun 15-dən 21-dək koronavirusa yoluxma halları altı regionda da azalıb: “Ən çox azalma Afrika (25 %), Avropa (20 %) və Amerikada (18 %) qeydə alınıb”.

ÜST bəyan edib ki, bir həftə ərzində dünyada 5,3 milyondan çox yoluxma halı qeydə alınıb.

COVID-19-dan ölüm halları Afrika və Qərbi Sakit Okean istisna olmaqla, bütün regionlarda azalıb.

Ümumilikdə, bir həftə ərzində dünyada 14 min insan COVID-19 virusundan ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026