İşə qəbul alt sisteminin ən böyük üstünlüyü şəffaflıqdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.
Onun sözlərinə görə, işə qəbul prosesində insan faktorunun təsiri minimuma endirilir və namizədlərin qiymətləndirilməsi adekvat aparılır.
"Ənənəvi işə qəbuldan fərqli olaraq bu zaman işə qəbul prosesi daha sürətlə həyata keçirilir. Həmçinin kağız üzərində aparılan müraciət və sənəd qəbulu prosedurları aradan qalxır",- S.Məhərrəmova qeyd edib.
Mütəxəssis bildirib ki, sistemin eyni zamanda mərkəzləşdirilmiş olması hər kəsin vakansiyadan məlumatlı olmasına nail olmaq üçün əsas amildir.
Mina Mikayılova