• Bakı 9° C

    10.69 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Uzun ömrün açarı olan 7 qida

CƏMİYYƏT

28 Sentyabr 2023 | 11:50

Uzun ömrün açarı olan 7 qida

Uzun ömrün sirri sağlam qidalanmada gizlidir. Çoxumuzun xəyal etdiyi gənc və dinamik bədənə sahib olmaq, əslində, o qədər də çətin deyil.

Bakıvaxtı.azxarici mediaya istinadən xəbər verir ki, həkim MD Anant Vinjamoorinin sözlərinə görə, tədqiqatlar sübut edir ki, yaşlanmağınızın genetika ilə heç bir əlaqəsi yoxdur: “Tez və ya gec yaşlanmağınız sizin əlinizdədir. Uzunömürlülük dedikdə, ilk növbədə, istehlak etdiyiniz qida maddələrini nəzərə almaq lazımdır”.

Dr. Vinjamoori qeyd edib ki, çox yağlı, şəkərli və işlənmiş qidalardan qaçmaq lazımdır.

Bakıvaxtı.az yaşlanmağı gecikdirən 7 qidanı təqdim edir.

Çiyələk

Giləmeyvə flavonoidlər adlanan müəyyən növ antioksidantlarla doludur ki, bu da ömrü uzadır. British Journal of Nutrition onilliklər ərzində 93.000-dən çox qadını izləyən, qadınlarda əsas xroniki xəstəliklərin yaranması üçün risk faktorları ilə bağlı ən böyük tədqiqatlardan biri olan “Tibb bacılarının Sağlamlıq Tədqiqatı”nın məlumatlarına baxıb. Tədqiqatçılar flavonoidlərlə zəngin qidalar (xüsusilə qaragilə, çiyələk, qırmızı şərab, çay və bibər) yeməklə ölüm riskinin aşağı olması arasında sıx əlaqə tapıblar.

Fındıq

Uzunmüddətli qida müdaxiləsi sınağı olan məşhur PREDIMED araşdırması yağsız pəhriz ilə qarışıq qoz-fındıq ilə zənginləşdirilmiş Aralıq dənizi pəhrizini müqayisə edib. Nəticədə ürək-damar xəstəlikləri riskinin əhəmiyyətli dərəcədə azaldığını müşahidə edib. Beləliklə, fındıq yeyən qrupda ölüm riskinin 39% aşağı olduğu müşahidə edilib.

Soğan

2022-ci ildə edilən Molecules araşdırmasına görə, soğan yaşlanmaya qarşı qoruyucu funksiyaya malik antioksidant olan quercetinin ən zəngin mənbəyidir.

Dənli bitkilər

Mürəkkəb karbohidratlardan qaçınmaq daha uzun ömrün açarı deyil. 2016-cı il edilən araşdırmaya görə, hər gün, təxminən, 2,4 unsiya dənli bitki yeyən insanların daha az yeyən və ya heç yeməyən qrupla müqayisədə vaxtından əvvəl ölüm riski daha azdır. Əgər çörəyə böyük ehtiyacınız yoxdursa, pəhrizinizə düyü, yulaf əzməsi, farro və aşağı şəkərli digər qidalandırıcı dənli bitkiləri qida rasionunuza daxil edə bilərsiniz.

Yaşıl çay

Yaşıl çay antioksidant, iltihab və xərçəng əleyhinə xüsusiyyətlər daşıyır. Həmçinin, bitki flavonoidi olan quercetin ilə zəngindir.

Darçın

Dal, sambar və rasam kimi hind yeməklərinin əsas tərkib hissəsi olan darçın güclü antiinflamatuar və antioksidan xüsusiyyətlərə malik bioaktiv birləşmə olan curcumin ehtiva edir.

Süzmə zeytun yağı

Sağlam yağlarda yüksək olan antioksidantla zəngin zeytun yağı Aralıq dənizi pəhrizinin əsasını təşkil edir.

Amerika Kardiologiya Kollecinin Jurnalında 2022-ci ildə aparılan bir araşdırma, gündə bir yarım xörək qaşığından çox zeytun yağı istehlak edən insanların zeytun yağı istehlak etməyənlərə nisbətən ölüm riskinin 19% daha az olduğunu müşahidə edib.

Xüsusilə, zeytun yağından həzz alan insanların neyrodegenerativ xəstəlikdən (Alzheimer kimi) ölüm riski 29%, ürək xəstəliyi riski 19%, xərçəngdən ölmə riski isə 17% azdır.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR