• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda doğuş prosesini izləyən atanın ürəyi getdi - VİDEO

CƏMİYYƏT

28 Oktyabr 2023 | 09:49 | Müəllif: Subhan Mahmudov

Bakıda doğuş prosesini izləyən atanın ürəyi getdi - VİDEO

Artıq bir müddətdir Azərbaycanda dəbdə olan atanın da doğuş və ya keysəriyyə əməliyyatında iştirakı prosesi bir çox kişilərdə ağır travmatik iz qoyur. Güclü cinsin nümayəndələri izlədikləri mənzərədən şoka düşür.

Bakıvaxtı.az  "Medicina"a istinadən xəbər verir ki, Bakıda özəl klinikada keysəriyyə əməliyyatına girib, həyat yoldaşına dəstək olan gənc kişinin halı pisləşib.

Ginekoloq ana bətnindən yeni çıxarılan körpəni ataya göstərən kimi onun huşu gedib və arvadının əlini buraxaraq, yerə yıxılıb.

Tibbi personal isə ananı buraxaraq, atanı özünə gətirməklə məşğul olub.

Sevincli anlar lentə alınarkən bu məqam da videoya çəkilib.

Qeyd edək ki, xaricdə uzun illərdir mövcud olan bu tendensiyada çox kişilərin ürəyi tab gətirmir.

Bakıda da əlavə ödəniş və cütlüklərin arzusu ilə bir çox hallarda ata da əməliyyatxanaya buraxılır.

Həmin görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026