Bu gün səhər saat 08:30 radələrində "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində gecikmə yaranıb.
Bakıvaxtı.az-ın məlumatına görə, ləngimə daha çox metronun “Memar Əcəmi” stansiyasında hiss edilib.
Belə ki, sərnişinlərin sözlərinə görə, “Dərnəgül-Həzi Aslanov” xətti ilə hərəkət edən bəzi qatarlar gecikib, bir neçəsi isə “Memar Əcəmi” stansiyasında sərnişinləri boşaldaraq geri qayıdıb.
Nəticədə 20 dəqiqəyə qədər yubanma olub.
Məsələ ilə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakıvaxtı.az-a bildirib ki, "Dərnəgül-Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüb. Qatar baxış keçirilməsi üçün "Memar Əcəmi" stansiyasında dalan yola verilib. Xətlər üzrə yubanma, qatarların hərəkət sahəsindən asılı olaraq, 3-5 dəqiqə təşkil edib.
Hazırda araşdırma aparılır.
















