• Bakı 8° C

    11.67 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Vuçiç Azərbaycana səfər edəcək - YENİLƏNİB

SİYASƏT

23 Noyabr 2022 | 16:31

Vuçiç Azərbaycana səfər edəcək - YENİLƏNİB

Güman edirəm ki, növbəti 20 gün ərzində Bakıya qeyri-rəsmi, amma zəruri bir səfər edəcəyəm.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda mətbuat konfransında bildirib.

“Bu səfər çərçivəsində bizim üçün həddən ziyadə zəruri məsələləri müzakirə edəcəyik. Serbiya hökumətinin bir neçə naziri də mənə qoşulacaq. Və biz bunun vasitəsilə ilə bu gün burada təsis etdiyimiz strateji tərəfdaşlığı bərkidəcəyik, müvafiq addımları atacağıq”, - Serbiya lideri qeyd edib.

 

15:43

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

O, səfər zamanı bir sıra zəruri görüşlər keçirəcəyini bildirib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR