• Bakı C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Vuçiç Azərbaycandan bu məhsulları endirimlə almaq istəyir

SİYASƏT

15 Fevral 2026 | 23:14

Vuçiç Azərbaycandan bu məhsulları endirimlə almaq istəyir

"Biz iqtisadi əməkdaşlıq, kənd təsərrüfatı, eləcə də kənd təsərrüfatı məhsullarının mübadiləsi haqqında danışdıq. Azərbaycanın Zirə kəndində yetişdirilmiş pomidor və xiyarı ilk dəfə dadanda və hətta bundan öncə Azərbaycanın xüsusi bölgəsi olan Naxçıvandan da məhsulların dadına baxanda onlar mənim çox xoşuma gəldi".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuata bəyanatları zamanı deyib.

"Mən onları çox xoşlayıram və eşitmişəm ki, digər mənbələrdən daxil olan məhsulların qiyməti ilə müqayisədə Azərbaycan xeyli endirimlə təchiz edir. Mənə maraqlıdır, xalqımıza həmin məhsulları bu qədər aşağı qiymətlə təqdim etmək mümkündürmü?! Əgər hökumətdə əyləşən şəxslər bu haqda düşünməyiblərsə, düşünsünlər. Mən sizə müraciət edərək deyirəm ki, vətəndaşlara azərbaycanlı dostlarımızdan daha münasib qiymətlə keyfiyyətli malların təchiz olması məsələsini həll etsinlər. Eyni zamanda, biz də öz mallarımızı beləcə təqdim etməliyik. Hələ ki, bu, baş vermir. Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik. Lakin bunu hələ etməmişik və diqqətlə yanaşmamışıq. Münasibət belədir. Vaxt keçir, biz isə heç nə haqqında düşünmürük", - deyə Vuçiç qeyd edib. 


SON XƏBƏRLƏR

15 Fevral 2026
14 Fevral 2026