• Bakı 12° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Xalq artistinin kürəkəni  HƏBS OLUNA BİLƏR : İş polisdədir - DETALLAR

CƏMİYYƏT

03 Noyabr 2025 | 12:32

Xalq artistinin kürəkəni  HƏBS OLUNA BİLƏR : İş polisdədir - DETALLAR

Mərhum Xalq artistinin kürəkəni tərəfindən aldadıldıqlarını,dələduzluğa məruz qaldıqlarını bildirən şəxslər bu barədə mediaya müraciət ediblər.

Söhbət  mərhum Xalq artisti  Ramiz Əzizbəylinin kürəkəni  Qasımzadə Rüfət  Mirzəcan oğlundan gedir.

Bakıvaxtı.az bildirir ki, bu barədə Oxu24.com-a müraciət edən  vətəndaş Mahmudbəyli Elşən Rafael oğlu bildirib.Onun sözlərinə görə,tanışı Cəfərov Mirəli Elşən oğlunun vasitəsi ilə bu şəxsi və onunla əlaqəli digərlərini  tanıyıb. 

“Dostum Mirəli mənə dedi ki,bu adamlar yaxşı iş görürlər.Sən də onlara iş üçün pul verib,daha yaxşı qazanc əldə edə bilərsən.Maraqlandıqda öyrəndim ki,Rüfət və adamları qızıl işi ilə məşğul olurlar.Mən də inandım. Bu işi Qasımlı Boran Fazil oğlu,Qasımlı Sahil Fazil oğlu,Qasımzadə Rüfət Mirzəcan oğlu və onların kuryerliyini edən  Məmmədzadə Məmməd İmran oğlu birlikdə görürürlər.İlkin olaraq  2024-cü ilin may ayında 45 min ABŞ dolları pul vermişəm.Həmin məbləği Məmmədin vasitəsi ilə şəxsən özüm Rüfət Qasımzadəyə göndərdim.Rüfət mənə dedi ki,bu məbləğə qızıl alacaq və mənim də qurulacaq işdən  qazancım olacaq.

Qeyd olunan qazanc 200 min dollara çatdığı halda yeni qızıl mağazası açılacaq və həmin mağaza mənə məxsus olacaq.Sən demə,bu yolla Rüfət və komandası piramida qururlarmış.Onlar insanları aldatmaqla tora salırlarmış.Çirkin niyyətlərini davam etdirmək məqsədi ilə ilk zamanlar qazanc adı ilə  adamları şirnikləndirmək üçün bir qədər pul qaytarırlarmış.


SON XƏBƏRLƏR