Növbədənkənar prezident seçkilərində Xankəndidə seçicilər keçmiş vilayət Partiya Komitəsinin inzibati binasında yerləşəcək seçki məntəqəsində səs verəcəklər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib:
“Xankəndidə məhz həmin binada Azərbaycan seçicisi səs verəcək”.
***
16:17
Xankəndidə yeni seçki məntəqəsi yaradılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.
Onun sözlərinə görə, Xocalı, Əsgəran və Ağdərədə də seçki məntəqələri yaradılacaq: "Hamımız həmin ərazilərdə səs verəcək seçicilərə həsəd aparacağıq".



jpg-1705324289.webp)


jpg-1705323688.webp)








