• Bakı 23° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Xocalı məktəbində mənimsəmə faktı aşkar edildi

CƏMİYYƏT

27 Oktyabr 2023 | 18:43 | Müəllif: Subhan Mahmudov

Xocalı məktəbində mənimsəmə faktı aşkar edildi

Xocalı rayonu Ə.Cavadov adına Cəmilli kənd tam orta məktəbinin direktoru Məlahət İsmayılovanın qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2019-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR