• Bakı 19° C

    6.93 m/s

Yanan gecə klubun azərbaycanlı sahibindən XƏBƏR VAR

DÜNYA

07 Noyabr 2022 | 20:47

Yanan gecə klubun azərbaycanlı sahibindən XƏBƏR VAR

“Vahid Rusiya” partiyasının Rəyasət Heyəti partiyanın etika komissiyasının tövsiyəsi əsasında yanan “Poliqon” gecə klubunun sahibi Kostroma Vilayət Dumasının deputatı İxtiyar Mirzəyevin üzvlüyünün dayandırılması barədə qərar qəbul edib.  

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bazar ertəsi partiyanın mətbuat xidməti məlumat yayıb.

“Bu qərar faciənin xüsusilə ağır nəticələrini və sonradan yaranmış geniş ictimai rezonansı nəzərə alaraq qəbul edilib”, - məlumatda deyilir.

Həmçinin, qeyd olunub ki, İxtiyar Mirzəyevin iclasdakı çıxışı zamanı “Vahid Rusiya”dakı üzvlüyün dayandırılması ilə bağlı şəxsi bəyanatı da nəzərə alınıb. /Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026