• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Etirazçılar dinlənilməlidir - İran prezidenti

DÜNYA

07 Dekabr 2022 | 16:30

Etirazçılar dinlənilməlidir - İran prezidenti

Hökumətə qarşı etirazlara qulaq asmaq lazımdır.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bildirib.

"İRNA"nın məlumatına görə, İ.Rəisi Tələbə Günü münasibətilə Tehran Universitetində keçirilən proqramda çıxış edib.

Təxminən 3 aydır ölkədə davam edən aksiyalarda İranın dini lideri Əli Xamneyiyə qarşı “Rədd olsun diktator” şüarlarına cavab verən Rəisi “Bu gün diktator deyirlər, diktator kimdir? ABŞ mütləq güclü İran istəməz.Onlar işğal etdikləri Əfqanıstan, Suriya, Liviya kimi ölkədədirlər. İran bu ölkələrdən fərqlidir" deyib.

Etiraz və üsyan arasında fərq olduğunu deyən ölkə başçısı qeyd edib ki, etirazçılar konstruktiv, üsyan dağıdıcıdır: "Etirazlara qulaq asmaq lazımdır".

İbrahim Rəisi İranda inflyasiyanın azalacağı və insanların vəziyyətinin dəyişəcəyi barədə fikirləri də dəstəkləyib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026