• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bir ildə 25 dəfə cərimə ödədi

DÜNYA

07 Dekabr 2022 | 18:13 | Müəllif: Qalib İbrahimoğlu

Bir ildə 25 dəfə cərimə ödədi

Qaziantepdə yaşayan İbrahim Kılıç 1 il ərzində 70 min TL xərcləyərək avtomobilində dəyişiklik etdiyi üçün 25 dəfə cərimələnib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, 400 min lirəyə aldığı avtomobilə görə ildə 20 min lirə cərimə ödəyir. Kılıç indiyədək ümumilikdə 495 min lirə cərimə ödəyib.

Modifikasiyaları çox sevdiyini deyən İ.Kəlış bildirib ki, bir il ərzində avtomobili ilə bağlı 25 cinayət işi olub: "Mən buna çox üzülürəm, çünki modinq əslində cinayət deyil, həyat tərzidir. Biz heç kimə zərər vermirik, buna hobbi kimi yanaşırıq".

Onun sözlərinə görə, aldığı cərimə qəbzlərinin uzunluğu öz boyunun 3 qatıdır: “Cərimə qəbzləri boyumu aşdı, indi qırmızı maşınımın ağ kəməri var".

Nur


Bir ildə 25 dəfə cərimə ödədiBir ildə 25 dəfə cərimə ödədi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026