• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ-ı silkələyən qətllərdə yeni təfərrüatlar: Bir neçə dəqiqə ərzində...

DÜNYA

06 Yanvar 2023 | 17:11

ABŞ-ı silkələyən qətllərdə yeni təfərrüatlar: Bir neçə dəqiqə ərzində...

Məlum olduğu kimi, Aydaho Universitetinin tələbələri Ethan Chapin (20 yaş), Madison Mogen (21 yaşlı), Xana Kernodle (20 yaşlı) və Kaylee Goncalves (21 yaşlı) noyabrın 13-də evlərində ölü tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, polis şübhəlinin heç bir silahının və ya əşyalarının tapılmadığını açıqlayıb.

Universitet şəhərciyinin yerləşdiyi Moskva şəhərində böyük əks-səda doğuran hadisənin qatili təxminən 6 həftədir axtarılır.

Hadisədən sonra qətllərlə bağlı Bryan Christopher Kohberger saxlanılıb. Qətldə şübhəli bilinən şəxs məhkəmə qarşısına çıxarılarkən hadisə ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.

Qurbanların sağ qalan otaq yoldaşı bildirib ki, hücum günü yuxarıdan səslər eşidib və evin qarşısında qara paltarlı və maskalı kimisə görüb, sonra şoka düşüb donub. Məhkəmə protokollarına görə, qadın kişini görəndən sonra 1-ci mərtəbədəki otağa girib.

Məhkəmə sənədlərinə görə, polis qətllərin səhər saat 4-4:25 arasında törədildiyini güman edir.

Məhkəmə sənədlərində ortaya çıxan dəhşətli təfərrüatlar arasında şübhəlinin avqust ayından qətllərə qədər ən azı 12 dəfə qurbanlarının evlərinin yaxınlığında olması olub. Bu məlumat şübhəlinin telefon qeydlərindən əldə edilib.

Sənədlərə görə, zərərçəkənlər tapıldıqdan sonra səlahiyyətlilər ərazinin müşahidə kameralarının görüntülərini araşdırıb və müəyyən ediblər ki, şübhəli şəxsə məxsus ağ rəngli “Hyundai Elantra” ilə 3 dəfə qurbanların evinin yanından keçib, daha sonra səhər saat 4:04 radələrində dördüncü dəfə əraziyə daxil olub.

Kohbergerin Pensilvaniyadakı vəkili Ceyson LaBar verdiyi açıqlamada müvəkkilinin "bu ittihamlardan təmizlənməyə hazır olduğunu" söyləyib.

Kohbergerin vəkili onun "yaxşı ailəsi" olduğunu deyərək zaminə buraxılmasını istəyib. Lakin prokuror qərara qarşı çıxıb və hakim razılaşıb.

Şübhəli 4 adam öldürmə maddəsi ilə mühakimə olunur. Bildirilib ki, Kohberger təqsirli bilinərsə, onu ölüm cəzası gözləyir.

Ay Tac


ABŞ-ı silkələyən qətllərdə yeni təfərrüatlar: Bir neçə dəqiqə ərzində...ABŞ-ı silkələyən qətllərdə yeni təfərrüatlar: Bir neçə dəqiqə ərzində...
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR