• Bakı 17° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

İran prezidenti Xoya gəldi

DÜNYA

05 Fevral 2023 | 14:27

İran prezidenti Xoya gəldi

İran prezidenti İbrahim Rəisi Xoy şəhərinə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, Rəisi fevralın 5-i səhər saatlarında Nazirlər Kabinetinin bir neçə üzvü ilə birlikdə zəlzələ baş verən Xoya yollanıb.

Bildirilib ki, prezidentin məqsədi zəlzələdən zərər çəkmiş bölgələri yaxından görmək və vəziyyətlə tanış olmaqdır.

Qeyd edək ki, yanvarın 28-i axşam saatlarında Xoyda baş verən ardıcıl zəlzələlər nəticəsində 3 nəfər həlak olub, 1200 nəfərdən çox insan yaralanıb.

Qərbi Azərbaycan əyalətinin Mənzil Fondunun verdiyi məlumata görə, zəlzələ nəticəsində 9250 ev istifadəsiz vəziyyətə düşüb.


SON XƏBƏRLƏR

18 Aprel 2024