• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Ukraynanın gizli batalyonu Rusiyada diversiya hazırlayır

DÜNYA

05 Fevral 2023 | 15:45

Ukraynanın gizli batalyonu Rusiyada diversiya hazırlayır

Ukraynada Rusiya ərazisində diversiyalar təşkil edən xüsusi təyinatlı “Qardaşlıq” batalyonu fəaliyyət göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qardian” qəzeti məlumat yayıb.

Məlumata görə, gizli batalyon yüksək çinli rusiyalı məmurların oğurlanması, Rusiyanın hərbi infrastrukturlarının məhv edilməsi və Rusiya ərazisində təyyarələrin vurulması ilə məşğul olur.

Batalyonun Vladislav adlı üzvü “Qardian” a açıqlamasında bildirib ki, onlar Rusiya sərhədini rahat şəkildə keçə bilirlər.

Batalyonun döyüşçülərindən birinin sözlərinə görə, ay yarım əvvəl onlar daşınan zenit-raket kompleksi vasitəsilə Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşlarının olduğu helikopterə atəş açıblar. Lakin pis hava şəraiti səbəbindən helikopteri vurmaq mümkün olmayıb.


SON XƏBƏRLƏR

26 Aprel 2024