• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Misirin keçmiş baş naziri vəfat etdi

DÜNYA

05 Fevral 2023 | 16:39

Misirin keçmiş baş naziri vəfat etdi

Misirin keçmiş baş naziri Şərif İsmayıl 67 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah Sisi deyib.

“Misirin ən yaxşı insanlarından olan bu fəzilətli şəxsə, bu xalqın vicdanını təcəssüm etdirən şəxsiyyətə - keçmiş baş nazir Şərif İsmayıla dərin hüznlə yas tuturam. Bu vicdanlı insanın itkisi ilə əlaqədar Misir xalqına başsağlığı verirəm”, - Sisi bildirib.

Bu gün Qahirədə Şərif İsmayılın dəfn mərasiminin keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Şərif İsmayıl 2015-2018-ci illərdə Misirin baş naziri olub. Son illərdə İsmayıl Misir prezidentinə milli layihələrin həyata keçirilməsində yardım edirdi.


SON XƏBƏRLƏR