• Bakı 22° C

    4.42 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Zelenski ilə Kristersson arasında görüş oldu

DÜNYA

06 Yanvar 2023 | 16:36

Zelenski ilə Kristersson arasında görüş oldu

Ukrayna Prezidenti Volodimir Zelenski ilə İsveçin Baş naziri Ulf Kristersson arasında onlayn görüş olub.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə V.Zelenski teleqramda yazıb.

Dövlət başçısı bildirib ki, isveçli nazirlə cəbhədəki durum və mövcud vəziyyətin daha da gərginləşmə riskləri, eləcə də Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi barədə fikir mübadiləsi aparıb:

"İsveçin Aİ Şurasına sədrliyi nəticəsində biz Aİ-yə üzvlüklə bağlı danışıqlara başlaya bilərik. Bu, cəmiyyətimizin ümumi istəyi olmaqla yanaşı, həm də ordumuz üçün motivasiya olar".

Ukrayna Prezidenti həmçinin humanitar yardıma görə İsveç hökumətinə təşəkkürünü bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026