• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kovid məhdudiyyətləri yumşaldılır

DÜNYA

07 Dekabr 2022 | 14:50

Kovid məhdudiyyətləri yumşaldılır

Çin Covid-19 yoluxmalarının ardından tədbirləri yumşaltmağa başlayır.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı Çin Nazirlər Kabineti kimi fəaliyyət göstərən Dövlət Şurasının Qarşısının Alınması və Nəzarət Mexanizmindən bildirilib.

Açıqlamada qeyd olunur ki, insanların təhlükəsizliyi və sağlamlığı mümkün qədər qorunmalı, epidemiyanın sosial və iqtisadi inkişafa təsiri minimuma endirilməlidir.

Bildirilir ki, xəstələr 7 gün, yaxın təmasda olanlar isə 5 gün ev şəraitində karantinə alınmalı, vəziyyətləri pisləşdiyi təqdirdə isə təyin olunmuş xəstəxanalara köçürülə biləcək.

Digər tərəfdən, mənzillər səviyyəsində yüksək və az riskli zonaların müəyyən edilməsi, yaşayış binalarının tamamilə bağlanması qadağandır.

Çində sürətli antigen testinin tətbiqinin geniş vüsət alacağı, PCR testinin yalnız yüksək riskli bölgələrdə və yüksək riskli peşə qruplarında tətbiq ediləcəyi qeyd edilib. Xəstəxanalar, məktəblər və qocalar evləri istisna olmaqla, ictimai yerlərə daxil olarkən və ya səyahət edərkən neqativ test nəticəsi və ya sağlamlıq kodu təqdim etmə öhdəliyinin aradan qaldırıldığı açıqlanlıb. Həmçinin, peyvənd işləri, xüsusilə də yaşlı əhalinin peyvəndlənməsi sürətləndiriləcəyi bildirilib.

Noyabrın 24-də Urumçidə baş verən və 10 nəfərin həyatını itirdiyi yanğın ölkə daxilində epidemiya siyasətini hədəf alan etirazları alovlandırıb. Yerli hökumətlər etirazlardan sonra epidemiya tədbirlərini yumşaltmağa başladılar. Paytaxt Pekin də daxil olmaqla bir çox şəhər ictimai nəqliyyatda test nəticələrinin göstərilməsi tələbini aradan qaldırıb; İctimai yerlərə girişlə bağlı da yeni qaydalar qəbul edilib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026