• Bakı 22° C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Zelenski "İlin adamı" seçildi

DÜNYA

07 Dekabr 2022 | 17:28

Zelenski "İlin adamı" seçildi

ABŞ-ın “Time” jurnalı Ukrayna Prezidenti Volodimir Zelenskini “İlin adamı” elan edib.

Bakıvaxtı.az  “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə “Time” jurnalı məlumat yayıb.

Bildirilib ki, Zelenski Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanğıcında bütün dünyanı öz ölkəsi ətrafında birləşdirə bilib.

Xatırladaq ki, Avropa İttifaqı bundan əvvəl Ukrayna xalqını Saxarov mükafatına layiq görüb. Bundan əlavə, Zelenski Ukrayna xalqının cəsarətinə görə "Oxi" cəsarət mükafatına layiq görülüb.

Qeyd edək ki, daha əvvəl “Financial Times” nəşri də Zelenskini “İlin adamı” seçmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR