“Ötən il 1,9 milyon vətəndaşı əhatə edən sosial paket icra olunub. Prezident cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla 2023-cü ildə son 5 ildə sayca 4-cü sosial paket həyata keçirilib. Bu sosial paket 1,9 milyon vətəndaşı əhatə edib və ayrılan illik əlavə maliyyə 750 milyon manat təşkil edib”.
Bakıvatı.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötən ilki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.
“Minimum əməkhaqqı, minimum pensiya məbləğlərinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşlarının, bir çox müavinət və təqaüdlərin, həmçinin digər sosial ödənişlərin məbləğlərinin əhəmiyyətli dərəcədə artırıldığı bildirilib. Pensiya artımında vahid indeksasiya metoduna keçilib, bütün pensiyalar 14,7 faiz indeksləşdirilərək artırılıb. Pensiyaların orta məbləği 436 manata, yaşa görə pensiyanın orta məbləği 467 manata çatdırılıb. Ümumilikdə ötən il pensiya ödənişləri 5,7 milyard manat təşkil edib”.
Aytac Aslan









jpg-1707978127.webp)






