"Yüksəliş" müsabiqəsinin dörd mövsümü ilə bağlı bəzi statistik məlumatlar açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev media nümayəndələri üçün təşkil edilmiş mətbuat konfransında bildirib.
İşçi Qrupunun rəhbəri xatırladıb ki, bu günə qədər müsabiqədə 53 min 410 nəfər iştirak üçün müraciət edib.
"Bizim tədbirin təşkil edilməsi üçün yetərli qədər bazamız var. Dörd il ərzində 32 min 959 iştirakçıdan 96 nəfər qalib olub",- F.Hacıyev açıqlamasında qeyd edib.
Əli Hüseynov