• Bakı 20° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Yunanıstanın yeni prezidenti and içib

DÜNYA

13 Mart 2025 | 20:33 | Müəllif: Subhan Mahmudov

Yunanıstanın yeni prezidenti and içib

Yunanıstan parlamentinin keçmiş sədri Konstaninos Tasulas prezident vəzifəsinə başlayıb, Katerina Sakellaropulunu əvəz edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yunanıstan KİV-i məlumat yayıb.

Fevralda Yunanıstan parlamenti K.Tasulası respublikanın yeni prezidenti seçib. Səsvermənin dördüncü turunda o, 160 səs toplayıb. Səsvermədə parlamentin 300 üzvündən 276-sı iştirak edib. Seçilmək üçün namizədə 151 səs lazım idi.

Tasulasa hakim mühafizəkar "Yeni Demokratiya" partiyasından olan 156 deputat, həmçinin keçmiş baş nazir Antonis Samaras və üç müstəqil deputat səs verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026