• Bakı 21° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Zamiq ƏSƏBLƏŞDİ: “Qaqaşın dediyindən elə çıxır ki…”

MƏDƏNİYYƏT

27 Fevral 2024 | 11:51

Zamiq ƏSƏBLƏŞDİ: “Qaqaşın dediyindən elə çıxır ki…”

“Siz mən idarə edən toyda olmusunuz? Gərək olasınız ki, fərqi görəsiniz. Ondan sonra isə, nəticə çıxarıb, 2 min manatla 10 min manatın fərqi varsa, tərifləməlisiniz”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov deyib.

İfaçi ona toy qiyməti ilə bağlı sual verən iştirakçını tənqid edib:

“Siz əgər mənim apardığım toyda iştirak etsəniz deyərsiniz ki, sizin üçün 10 min manat azdır. Ən azı deyəcəksiniz ki, 40-50 min manat al. Çünki verilən o məhsulun keyfiyyətini görəndən sonra deyəcəksiniz ki, 10 min manat sizin üçün çox az qalır. Əzizim, sizə bir söz deyim? Qaqaşın danışığından elə çıxır ki, sizi mənim aldığım  8 min manat narahat edir, yoxsa mənim orada göstərdiyim performans? 7 min manat mənim tək musiqi heyətimin qonorarıdır. Oradakı alətlərin qiymətləri çox bahadır.  Özümə təkcə oradan 3 min manat qalır”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR