• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Nəfəsi, Vəfanı, Əflatunu tanımadılar

MƏDƏNİYYƏT-ŞOU

28 Mart 2024 | 09:28

Nəfəsi, Vəfanı, Əflatunu tanımadılar

“Elcanlı” verilişininn növbəti buraxılışında maraqlı anlar yaşanıb.

Bakıvaxtı.az xəbər verir ki, proqramda qonaq olan “Avroviziya 2023” təmsilçilərimiz Tural-Turan Bağmanov qardaşları verilişin aparıcısı Elcan Rəsulovun suallarını cavablandırıblar.

Elcan ifaçılara müğənni Nəfəs Məmmədlidən sual ünvanlasa da, qardaşlar Nəfəsi tanımadıqlarını bildiriblər. Bundan təəccüblənən aparıcı növbəli olaraq Vəfa Şərifova və Əflatun Qubadovun adlarını çəkib. Qardaşların bu adlara qarşı reaksiyaları da müsbət olmayıb. Onlar adıçəkilən müğənniləri tanımadıqlarını bildiriblər.

Elcanın növbəti çəkdiyi ad isə müğənni Manaf Ağayevin adı olub. Bağmanovlar Ağayevin adını eşitdiklərini bildiriblər:

“Hə, onu tanıyırıq, adını eşitmişik”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR