• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Evində huşsuz tapılan məşhur türk aktyoru ilə bağlı YENİ AÇIQLAMA

MƏDƏNİYYƏT-ŞOU

27 Mart 2024 | 22:10

Evində huşsuz tapılan məşhur türk aktyoru ilə bağlı YENİ AÇIQLAMA

Məşhur türk aktyoru, “Yeşilcam”ın ustad sənətçisi Kadir İnanırın son vəziyyəti məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə aktyorun yerləşdirildiyi Ümraniye Elmi Araşdırmalar xəstəxanasının baş həkimi, professor Necdet Sağlam açıqlama verib.

O qeyd edib ki, 74 yaşlı sənətçinin səhhətində irəliləyiş var.

“Artıq şüuru üstündədir. Mesajlara gülümsəyərək cavab verir, ünsiyyət qurur. Artıq onu danışmağı üçün heç bir problem olmayacaq, lakin indi danışmaq üçün çox yorğundur”, - həkim bildirib.

Xatırladaq ki, martın 24-də Kadir İnanır Beykozdakı evində huşsuz vəziyyətdə tapılmışdı.


SON XƏBƏRLƏR

26 Aprel 2024