• Bakı C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.7766

    RUB - 1.7015

Elza Seyidcahan: “Ərsiz qalmışam”

MƏDƏNİYYƏT

25 Aprel 2024 | 09:27

Elza Seyidcahan: “Ərsiz qalmışam”

Əməkdar artist Elza Seyidcahan oğlu Əkbərin övladının doğum gününü təntənəli şəkildə qeyd edib.

Bakıvaxtı.az xəbər verir ki, doğum günü partisində maraqlı anlar yaşanıb.

Belə ki, Seyidcahanın keçmiş həyat yoldaşı Elşən bəy də məclisdə yer alıb. Lakin o, “Elgizlə izlə” verilişinin əməkdaşlarının onu çəkməsinə razı olmayıb. Nəvəsini təbrik etməkdən imtina edən  Elşən bəy məkanı tərk edib.

Proqramın əməkdaşları bundan sonra Əməkdar artistin özünə yaxınlaşıblar. O isə keçmiş həyat yoldaşının utancaq olduğunu, mediadan qaçdığını bildirib:

“Uşaqlarımın özəl günündə mən onu şəxsən dəvət edirəm. Mənim uşaqlarım heç vaxt atasız qalmayıblar, mən ərsiz qalmışam. Həmişə gəlib, indi də burdadır, qudalarını gözləyir. O çəkilişi xoşlamır. Uşaqlarım da onun kimidir, çəkilişdən qaçırlar”.

Ziyafət Əlisoy   


SON XƏBƏRLƏR

24 Yanvar 2025