• Bakı 16° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

İranda məşhur reper ölüm cəzasına MƏHKUM EDİLDİ

MƏDƏNİYYƏT-ŞOU

25 Aprel 2024 | 12:57

İranda məşhur reper ölüm cəzasına MƏHKUM EDİLDİ

İran İslam İnqilabı Məhkəməsi ölkədə hökumət əleyhinə etirazları dəstəkləyən məşhur 33 yaşlı reper Tumac Salehi ölüm cəzasına məhkum edib.
Bakıvaxtı.az
 Reuters-ə istinadən xəbər verir ki, musiqiçi ilk dəfə 2022-ci ilin oktyabrında etirazçılara açıq şəkildə dəstək verən, o cümlədən bu barədə mahnılar yazdıran zaman saxlanılıb. Onun həbsi dərhal həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə diqqət cəlb edib və reperin azad edilməsi tələblərinə səbəb olub.

2023-cü ildə reper 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin Ali Məhkəmənin apellyasiya şikayətinə cavab olaraq, "əvvəlki hökmdə qüsurlar" olduğu aşkar edildikdən sonra noyabrın 18-də sərbəst buraxılıb.

Onun işi yenidən araşdırılması və baxılması üçün aşağı instansiyalı məhkəməyə göndərilib.

T.Salehi 2023-cü ilin noyabr ayında girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıb.

Lakin daha sonra bir videoda ictimaiyyətə həbsxanada işgəncələrə məruz qalması barədə danışdığına görə yenidən həbs olunub.

24 aprel 2024-cü ildə reperin vəkili Əmir Rəisyian İranın "Şərq" qəzetinə bildirib ki, İsfahan inqilab məhkəməsinin birinci şöbəsi reperi ölüm cəzasına məhkum edib. O, hələ qanuni qüvvəyə minməmiş hökmdən mütləq apellyasiya şikayəti verəcəyini vəd edib.


SON XƏBƏRLƏR

04 May 2024