• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Aleksandr Maslyakovda xərçəng aşkarlandı

MƏDƏNİYYƏT

25 Aprel 2024 | 19:00 | Müəllif: Subhan Mahmudov

Aleksandr Maslyakovda xərçəng aşkarlandı

Rusiyanın Əməkdar artisti, teleaparıcı Aleksandr Maslyakovun ağciyərində əməliyyatı mümkün olmayan şiş aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, teleaparıcının səhhətində problemlər 2022-ci ildə koronavirusa yoluxduqdan sonra başlayıb. Hazırda o, həkim nəzarəti altındadır və müalicə olunur.

Bu səbəbdən Maslyakov KVN-dən ayrılıb.

Qeyd edək ki, A.Maslyakov son iki ildə Rusiyanın "Birinci Kanal"ında nadir hallarda çıxış edib. Həkimlər ona çəkilişdən imtina etməyi tövsiyə edib. O, 1964-cü ildən KVN televiziya proqramının daimi direktoru və aparıcısı kimi 2022-ci ilə qədər çalışıb./axsam.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026